Keçid linkləri

2026, 20 Avqust, cümə axşamı, Bakı vaxtı 01:46

Fransa Salah Abdeslam-ı tələb edir

Salah Abdeslam martın 18-də Brüsselin Molenbek rayonunda həbs olunub.
Salah Abdeslam martın 18-də Brüsselin Molenbek rayonunda həbs olunub.

-

Fransa Paris hücumlarında əsas şübhəli sayılan Salah Abdeslam-ın Fransaya ekstradisiya olunması üçün bütün mümkün addımları atır.

Bunu Fransa prezidenti François Hollande deyib.

Salah Abdeslam martın 18-də Brüsselin Molenbek rayonunda həbs olunub.

Əməliyyat zamanı o, ayağından yaralanıb. Hazırda xəstəxanadadır.

26 yaşlı Abdeslam Paris hücumlarından əvvəl də Molenbekdə yaşayıb.

Ötən ilin noyabrında Parisdə törədilən terror aktlarında 130 nəfər ölüb.

Hücuma görə cavabdehliyi İŞİD üstünə götürüb.

This item is part of
XS
SM
MD
LG