Keçid linkləri

Təcili xəbərlər
2021, 12 Aprel, Bazar ertəsi, Bakı vaxtı 08:14

Binaların zəlzələyə davamlılığı öyrəniləcək


Bina

-

Bu il Bakıdakı hündürmərtəbəli binalarda seysmik monitorinq sistemi qurulacaq.

«Report» bu xəbəri Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişliyə istinadən yayıb.
Qurban Yetirmişli deyib ki, yaxın vaxtlarda bundan ötrü Almaniya mütəxəssisləri Azərbaycana gələcək: «Layihə almanların maliyyə dəstəyi ilə həyata keçiriləcək. Onlar gələndə iş qrafiki qurulacaq, planlama aparılacaq və işin nə vaxtdan başlayacağı təyin olunacaq. Yəqin ki, ilin ikinci yarısından sonra bu işlər başlayacaq».

Q.Yetirmişlinin deməsinə görə, həm yeni, həm köhnə və həm də şəhərətrafı binalara cihazlar quraşdırılacaq: «Biz riski qiymətləndiririk. Yəni binaların seysmik dayanıqlığı nə qədərdir».

XS
SM
MD
LG