Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:08

Seymur Həzinin ailəsinə baş çəkiblər


Seymur Həzi
Seymur Həzi

-

Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsinin və «Siyasi Məhbuslarsız Azərbaycan» Alyansının nümayəndələri martın 19-da məhbus Seymur Həzinin ailəsinə baş çəkiblər. Onlar S.Həzinin ailəsini Novruz bayramı münasibətilə təbrik ediblər.

«Azadlıq» qəzetinin icmalçısı, AXCP sədrinin müavini Seymur Həzi xuliqanlıqda (221.3) ittiham olunaraq ötən il yanvarın 29-da 5 il həbs cəzası alıb. Hazırda 17 saylı cəzaçəkmə müəssisəsində saxlanır.

Vətəndaş cəmiyyəti fəalları buna qədər Fərəc, Sirac Kərimli qardaşlarının, Nemət Pənahlının, Məmməd İbrahimin, Qorxmaz Camalovun, İlkin Rüstəmzadənin və Elvin Abdullayevin ailələrini ziyarət ediblər. Onlardan Nemət Pənahlı və Sirac Kərimli prezidentin son əfv fərmanı ilə azadlığa qovuşublar.

Sözügedən bütün bu məhbuslar hüquq müdafiə təşkilatlarının siyasi məhbuslarla bağlı hazırladıqları siyahıda yer alırlar.

XS
SM
MD
LG