Keçid linkləri

2026, 14 Avqust, cümə, Bakı vaxtı 04:55

Bu il Novruz süfrəsi 37 faiz bahalaşıb

Novruz
Novruz

-

«Ötən il 4 nəfərlik orta statistik ailənin bayram süfrəsi 60 manata başa gəlirdisə, bu il bu, 83 manata qədər artıb. Bu, orta statistik ailə üçün müəyyən edilmiş 626 manat həcmində yaşayış minimumu məbləğinin 15.7 faizini təşkil edir. Ötən il yaşayış minimumu 496 manat, bayram süfrəsi isə bu məbləğin 12 faizi qədər idi».

Bayram süfrəsi ilə bağlı bu hesablamanı «Turan» agentliyinin iqtisadçıları aparıb. Onlar bu hesablamada ənənəvi olaraq 22 məhsulu götürüblər: ət, düyü, yağ, yumurta, şirniyyat, ədviyyat və s.

«Turan»ın ekspertləri qeyd edirlər ki, əhalinin hansı hissəsinin öz büdcəsindən bayram yeməyi üçün nə qədər ayıracağını söyləmək çətindir. Çünki yoxsulluğun səviyyəsi barədə rəsmi statistika inamsızlıq doğurur.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə yoxsulluq 5 faizdir.

This item is part of
XS
SM
MD
LG