Keçid linkləri

2026, 10 Oktyabr, şənbə, Bakı vaxtı 05:38

Bakıda qonaq dəm qazından öldü?

Qaz
Qaz

-

Bakıda dəm qazından 54 yaşlı İran vətəndaşının öldüyü bildirilir. APA-nın Nəsimi rayon Polis İdarəsinə istinadən verdiyi xəbərə görə, hadisə Y.Çəmənzəminli küçəsi, ev 9-da qeydə alınıb.

Həmin ünvanda kirayədə yaşayan 54 yaşlı Məcid Süleymanzadənin hamamda meyiti tapılıb. Onun dəm qazından boğulduğu güman edilir. Faktla bağlı araşdırma aparılır.

Qış aylarında Azərbaycanda dəm qazından ölüm halları tez-tez təkrarlanır. Mətbuatın yazdığına görə, təkcə bu ay Azərbaycanda 10-dan çox şəxs dəm qazından ölüb.

This item is part of
XS
SM
MD
LG