Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:54

Baharda yağış, şimşək, qar


Yağış
Yağış

-

Martın 20-si Bakı və Abşeron yarımadasında yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, Abşeronda gecə 5-8, günün birinci yarısı 14-18 dərəcə isti olacaq. Axşama doğru hava soyuyacaq. Bakıda gecə 6-8, günün birinci yarısı 15-17, axşama doğru 8 dərəcə isti gözlənilir.

Sabah ölkənin rayonlarında da yağış yağacaq, şimşək çaxacaq. Dağlıq və dağətəyi rayonlarda yağıntının sulu qara, qara keçəcəyi deyilir.

Aran rayonlarında gecə 2-6, gündüz 15-20 dərəcə isti olacaq. Dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti gözlənilir.

XS
SM
MD
LG