Keçid linkləri

Təcili xəbərlər
2021, 07 Mart, bazar, Bakı vaxtı 04:40

Rəşadət: «Daim irəli baxmaq lazımdır»


Rəşadət: "Müsbət nəticə çıxarıb irəli baxmağın tərəfdarıyam"
Gözlə

No media source currently available

0:00 0:04:06 0:00

Rəşadət: "Müsbət nəticə çıxarıb irəli baxmağın tərəfdarıyam"

-

«Mənim real əfv gözləntim 2014-cü ilin oktyabrında olub. Şahin, Bəxtiyar azad olunanda, buraxılacağımızı gözləyirdik. Ondan sonrakı əfvlərdə də hər bir məhkumda ümid işığı olur. Amma real gözləntim olmayıb. Psixologiyamı da, ailəmi də buna hazırlamışam».

Bunu AzadlıqRadiosuna müsahibəsində martın 17-də prezidentin imzaladığı əfv fərmanı ilə azadlığa çıxan gənc fəal Rəşadət Axundov deyib.

Rəşadət Axundov bildirib ki, o, sabaha inamla baxanlardandır: «Şəxsi faciələr öz yerində, amma mən elə bir insanam ki, irəli baxmağı xoşlayıram. Olan olub, həmişə müsbət nəticələr çıxarıb irəli baxmaq lazımdır. Nəinki siyasət haqqında, ümumiyyətlə, həyat fəlsəfəm belədir. Müsbət təcrübələrdən yararlanmaq və daim irəli baxmaq lazımdır».

NİDA Vətəndaş Hərəkatının fəallarından Rəşadət Axundov 2013-cü ilin martında kütləvi iğtişaşların təşkilində ittiham olunaraq 8 il azadlıqdan məhrum edilmişdi.

XS
SM
MD
LG