Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:53

Pivəni nağd topdan satanlara cəza veriləcək


Pivə
Pivə

-

Azərbaycanda pivəni nağd pulla topdan satanlar cəzalandırılacaq. Bu, yalnız kartla mümkün olacaq.

Bununla bağlı Milli Məclisin bugünkü iclasında Cinayət Məcəlləsində dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

«Report»un xəbərinə görə, dəyişikliyə əsasən, məcəllənin 213-1-ci maddəsində «tütün» sözü «pivə və tütün» sözləri ilə əvəz edilib.

Bununla da pivə və tütün məmulatlarının topdansatışı nağd şəkildə qadağan edilib.

Ancaq bu məsələdə pərakəndə satış istisna olunur.

Qanunun bu tələbini pozanları 1000 manatdan 2000 manatadək cərimə, bir ilədək müddətə islah və ya bir ilədək həbs cəzası gözləyir.

Dəyişiklik layihəsi səsverməyə qoyularaq qəbul edilib.

XS
SM
MD
LG