Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:17

Təbiəti korlayanlara verilən cəzalar


Tullantı
Tullantı

-

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamenti ölkə ərazisində araşdırma aparıb.

Nazirliyin saytı xəbər verir ki, martın 1-dən 15-dək aparılan araşdırmada ekoloji qanunvericiliyin tələblərinə əməl olunması yoxlanıb.

Yol verilən qanun pozuntularına görə 130 akt tərtib olunub. Ümumilikdə, 14 iş üzrə 11 min 420 manat cərimə kəsilib.

Ətraf mühitə dəymiş ziyana görə 8 iş üzrə 921.61 manatlıq iddia qaldırılıb. Tullantıların atılmasına görə isə hüquqi və fiziki şəxslərdən 179 iş üzrə 36 min 704.16 manat tutulub.

Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 23, icra qurumlarına 4, məhkəmələrə isə 6 iş göndərilib.

XS
SM
MD
LG