Keçid linkləri

2017, 26 May, Cümə, Bakı vaxtı 00:31

-

Milli Məclisin bu gün keçiriləcək iclasının gündəliyinə daha üç məsələ əlavə edilib.

«Report»un xəbərinə görə, gündəlikdə ümumilikdə dörd məsələnin müzakirəsi nəzərdə tutulub.

İclasda ilk olaraq «Nüvə materialının fiziki mühafizəsi haqqında konvensiyaya düzəlişin təsdiq edilməsi haqqında» qanun layihəsinin müzakirəyə çıxarılması gözlənilir.

Daha sonra Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi ilə bağlı iki layihə təklif olunub. Bundan başqa «Güclü təsir edən maddələr və onların miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında» qanun layihəsinin müzakirəsi nəzərdə tutulur.

Bir gün əvvəl isə parlamentin martın 18-də keçiriləcək toplantısında yalnız nüvə materialının fiziki mühafizəsi haqqında layihənin müzakirə ediləcəyi deyilirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG