Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:06

Atasının məzarı üstündə özünü vurub?


Polis
Polis

-

Ağdaş rayonunda intihar hadisəsinin baş verdiyi bildirilir.

«Report»un xəbərinə görə, rayonun Cüvə kənd sakini 42 yaşlı Teymur Muradov axşam saatlarında evdən çıxıb, lakin geri qayıtmayıb.

Ailə üzvləri T.Muradovun geri qayıtmadığından şübhələnərək onu kənd ərazisində axtarıblar. Daha sonra rayon hüquq-mühafizə orqanlarına məlumat verilib. Axtarışlar zamanı onun meyiti atasının qəbri üstündə tapılıb.

İlkin ehtimala görə, T.Muradov özünə məxsus təklüləli ov tüfəngi ilə atəş açaraq intihar edib. Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda araşdırma aparılır.

T.Muradov ailəlidir, iki övladı var.

Ancaq hadisənin səbəbi ilə bağlı əlavə izahat verilmir.

XS
SM
MD
LG