Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 02:01

-

Ukrayna pilot Nadia Savchenko-nun «qanunsuz saxlanması və saxta məhkəməsi»nə görə məsuliyyət daşıyan 50-dək şəxsin adını müəyyənləşdirib və Avropa Birliyindən xahiş edib ki, onlara sanksiya qoysun.

Ukrayna prezidenti Petro Poroshenko martın 17-də Brüsseldə 46 nəfərin adını Avropa Şurası və Avropa Komissiyasına təqdim edib. Onlardan 44-ü rusiyalı, ikisi ukraynalıdır.

«Onlar Savchenko-ya qarşı qanunsuz prosesdə iştirak ediblər», - Poroshenko Azad Avropa/AzadlıqRadiosuna deyib.

Hazırda Savchenko Rusiya hərbi məhkəməsinin qərarını gözləyir. O, 2014-cü ildə Ukraynanın şərqində iki rusiyalı jurnalistin ölümündə rolu olmaqda, onların yerini göstərməkdə ittiham olunur.

XS
SM
MD
LG