Keçid linkləri

Təcili xəbərlər
2021, 11 May, çərşənbə axşamı, Bakı vaxtı 23:10

“Hizbi İslami” qrupu sülhə qoşuldu


Azim Abromand

“Hizbi İslami” qrupu Əfqanıstan hökuməti ilə sülh danışıqlarına başlayıb.

Gulbuddin Hekmatyarın rəhbərlik etdiyi bu qrupun nümayəndələri Kabildə Ali Sülh Şurasının üzvləri ilə birlikdə mətbuat konfransı keçiriblər.

Bu şura Əfqanıstanda sülh prosesinə nəzarət edir.

“Hizbi İslami” qrupu nümayəndə heyətinin rəhbəri Karim Amin digər qrupların da sülh prosesinə qoşulacağına ümidlə yanaşdığını bildirib.

Qeyd edək ki, Taliban həftənin əvvəllərində Əfqanıstan hökuməti ilə birbaşa danışıqlardan imtina edib.

XS
SM
MD
LG