Keçid linkləri

Təcili xəbərlər
2021, 14 May, Cümə, Bakı vaxtı 08:21

Parisdə etiraz aksiyası keçirilib


Foto arxiv

Paris və Fransanın digər şəhərlərində tələbələr əmək qanunvericiliyində islahatlara etiraz olaraq aksiyaya çıxıblar.

Tələbə və məktəblilər polisləri daşa basıb, onlara yanar fişənklər atıblar.

Tələbələr hökumətin təklif etdiyi islahatları əmək hüquqlarının pozulması hesab edir.

Onlardan birinin dediklərinə görə martın 17-də küçələrə ötən həftədəkindən daha çox adam çıxıb.

Məlumata görə ötən həftə aksiyalarda 30 məktəb iştirak edib, bu dəfə isə təkcə Parisdə keçirilən aksiyaya 60 məktəb qoşulub.

Ötən həftə Fransada keçirilən etiraz aksiyalarında ümumilikdə yarım milyonadək adam iştirak edib.

Aksiyanı həmkarlar ittifaqları və gənclər təşkilatları təşkil edib.

Hökumətin təklif etdiyi islahatlarda iş həftəsinin 60 saata qaldırılması, maaşların isə ixtisarı nəzərdə tutulur.

XS
SM
MD
LG