Keçid linkləri

Təcili xəbərlər
2021, 18 May, çərşənbə axşamı, Bakı vaxtı 15:33

Prezident general-mayor rütbəsi verib


-

Prezident İlham Əliyev Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanova və Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini İsmayıl Bağırova general-mayor rütbəsi verib.

Ölkə başçısı bununla bağlı sərəncamları martın 17-də imzalayıb.

Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti 2015-ci ilin dekabrında ləğv olunan Milli Təhlükəsizlik Nazirliyinin bazası əsasında yaradılıb. Genera-mayor rütbəsi alan Orxan Sultanov elə dekabrda Xarici Kəşfiyyat Xidmətinin rəhbəri təyin olunmuşdu.

İsmayıl Bağırov isə ölkə başçısı tərəfindən martın 7-də Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini təyin olunub.

XS
SM
MD
LG