Keçid linkləri

Təcili xəbərlər
2021, 16 Aprel, Cümə, Bakı vaxtı 08:07

AB və Türkiyə liderləri görüşür


Yunanıstan-Makedoniya sərhədində miqrantlar

-

Avropa Birliyi və Türkiyə liderləri martın 17-18-də görüşərək miqrant razılaşmasını müzakirə edəcəklər. Məqsəd minlərlə miqrantın Egey dənizindən Yunanıstana keçməsini əngəlləməkdir.

AB Şurasının prezidenti Donald Tusk deyib ki, iki günlük sammit çərçivəsində bir sıra məsələlər müzakirə olunmalıdır.

Plana AB-Türkiyə arasında miqrant mübadiləsi də daxildir. Türkiyə təklif edir ki, Yunanıstan adalarına üz tutmuş bütün miqrantları qəbul etsin, əvəzində AB Türkiyədən daha çox qaçqını üzv ölkələrdə yerləşdirsin. Məqsəd insan qaçaqçılarını əngəlləmək, sığınacaq axtaranlara alternativ təklif etməkdir.

Ancaq razılaşma yolunda əngəllər çoxdur. Türkiyə-nin AB-yə üzvlük danışıqları üzrə mübahisələr var. Eyni zamanda, Türkiyə-Kipr mübahisəsi nəticəsində Ankara Kiprə AB-nin digər üzvlərinə verdiyi hüquqları vermir, Türkiyə limanları və aeroportlarına çıxışına qadağa qoyur.

XS
SM
MD
LG