-
Bu ilin yanvar-fevral aylarında Azərbaycana cəmi 821 ədəd avtomobil idxal olunub.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, keçən ilin eyni dövrü ilə müqayisədə 6 min 690 ədəd və ya 9 dəfə azdır.
Avtomobillərin 437-i yanvarda, 384-ü isə fevralda idxal olunub. Bunlardan 9-u mikroavtobus, 737-si minik avtomobili, 67-si yük maşını və 8-i xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsidir.