Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 00:36

-

Bakıda 86 yaşlı kişinin boğazını kəsdiyi bildirilir.

«Report»un xəbərinə görə, hadisə Binəqədi rayonu Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi, ev 32A ünvanında baş verib.

Həmin şəxsin 86 yaşlı Əliş Bəhramov olduğu deyilir. Onun nədən bunu etdiyi isə deyilmir.

Hadisə martın 5-də baş verib. Əli Bəhramov xəstəxanaya yerləşdirilib. Ancaq martın 16-da o, vəfat edib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.

Son vaxtlar intihar halları ilə bağlı yazılar ölkə mediasında müntəzəm yer alır. Media materiallarına əsasən aparılan araşdırmalarda qeyd edilir ki, son iki ayda ölkədə 60 intihar faktı qeydə alınıb.

Ancaq ölkədə intiharlarla bağlı rəsmi statistika aparılmır.

XS
SM
MD
LG