Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:12

Bruney sultanının qardaşı oğlu İngiltərənin ən güclü klubuna keçir


Faiq Jefri Bolkiah (İnstaqram)
Faiq Jefri Bolkiah (İnstaqram)

-

İngiltərənin "Çelsi" klubunun 17 yaşlı bruneyli futbolçusu Faiq Jefri Bolkiah “Leicester City” klubuna keçib.

Bu barədə futbolçunun özü İnstagram səhifəsində yazıb.

Faiq 2014-cü ildən “Çelsi” də oynayır.

O, 29-cu Bruney sultanı Hassan Bolkiahın qardaşı oğludur.

Ölkədə monarxiya quruluşudur.

"Forbes"ın 2008-ci il üçün hesabatına görə onun 20 milyard dolları var.

Bu mövsüm müntəzəm olaraq “Çelsi”nin U-18 komandasında çıxış edən Faiq Bolkiah indi “Leicester City” nin əsas komandasına keçib.

Komanda bazar ertəsi “Nyukasl” klubunu 1:0 hesabı ilə məğlub etdikdən sonra 5 xal fərqi-63 xalla hazırda Premyer Liqaya liderlik edir.

Məşqçi Claudio Ranierinin komandası qalan 8 oyunda 20 xal toplaya bilsə çempionluğa imza atacaq.

Hazırda “Tottenham” 58 xalla ikinci, “Arsenal” 52 xalla 3-cü, “Mancester Siti” 51 xalla 4-cü, “Vest Ham” isə 49 xalla 5-cidir.

“Leicester City”nin sahibi tailandlı milyarder Vichai Srivaddhanaprabha-dır.

Faiq "Çelsi"də (Video)

XS
SM
MD
LG