Keçid linkləri

Təcili xəbərlər
2021, 13 May, Cümə axşamı, Bakı vaxtı 03:26

SOCAR Ukraynada yanacaq satacaq


SOCAR-ın Gürcüstandakı yanacaqdoldurma stansiyası

-

SOCAR Ukraynada yanacaqdoldurma məntəqəsi açır.

Report-un xəbərinə görə, Odessa Şəhər Şurası martın 16-da bununla bağlı neft şirkətinə razılıq verib.

Yanacaqdoldurma məntəqəsinin tikintisinə razılıq verilməsi ilə əlaqədar keçirilən səsvermədə 57 millət vəkilindən 44-ü lehinə, 6-sı əleyhinə səs verib. Digər millət vəkilləri səsvermədə iştirak etməyiblər.

Martın 16-da SOCAR Rumıniyada daha bir yanacaqdoldurma məntəqəsini istifadəyə verib. Bu barədə isə şirkətin saytı xəbər yayıb.

Bununla da Rumıniyada “SOCAR” brendi ilə fəaliyyət göstərən YDM-lərin sayı 33-ə çatıb.

-ın bir çox ölkələrdə yanacaq doldurma məntəqələri var.

XS
SM
MD
LG