Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:16

Teleradio Şurası ANS-i uda-uda gedir


ANS
ANS

-

Martın 16-da Bakı Apellyasiya Məhkəməsi ANS-in Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı daha bir iddiasına baxıb. «Report»un xəbərinə görə, hakim Mirpaşa Hüseynov ANS-in şikayətini təmin etməyib.

Məhkəmə MTRŞ-nın ANS-in cərimələnməsini nəzərdə tutan qərarını qüvvədə saxlayıb.

MTRŞ-lə ANS arasında, azı, 26 şikayət üzrə məhkəmə çəkişməsi davam edir. Məhkəmə işləri Şuranın telekanalın əleyhinə çıxardığı qərarlarla bağlıdır. ANS qərarların əsassız olduğunu iddia edir.

Halbuki, yanvarda məhkəmələrin qərarları ANS-in xeyrinə olmuşdu. Yuxarı instansiyalar Səbail məhkəməsinin əksər qərarlarını ləğv edib işləri yenidən baxılmağa qaytarmışdı. Səbail məhkəməsi isə həmin işləri yenidən MTRŞ-ya göndərmişdi. Ancaq MTRŞ sədri Səbail rayon Məhkəməsindən qaytarılan işə baxıb cərimə tənbeh tədbirini qüvvədə saxlamışdı.

ANS-in MTRŞ-nin qərarları qüvvədə saxlamasından verdiyi şikayətlərinin heç biri təmin olunmayıb. Son bir həftədə telekanalın, azı, 18 şikayəti rədd olunub.

XS
SM
MD
LG