Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:41

Ailələr nədən dağılır?


Foto illüstrasiya
Foto illüstrasiya

-

Ötən il Azərbaycanda 68 min 985 nikah müqaviləsi bağlanıb. 12 min 886 boşanma hadisəsi qeydə alınıb.

«Trend» bu xəbəri Ailə, Qadın və Uşaq Problemləri üzrə Komitəyə istinadən yayıb.

Xəbərdə bildirilir ki, Azərbaycanda boşanma səbəbləri arasında «xasiyyətlərin uyğunsuzluğu» ilk yeri tutur. Ötən il Azərbaycanda bu səbəbdən 7 min 318 ailə dağılıb.

Ailə daxili zorakılıq (cinslər üzrə statistika aparılmır) səbəbindən 228, uşaqlarının olmaması üzündən isə 609 boşanmanın baş verdiyi bildirilir.

Ötən il ərzində xəyanətə görə 413, sərxoşluqla bağlı isə 369 nikaha son qoyulduğu deyilir. Narkomaniya ilə bağlı boşanmaların sayı isə 171 göstərilir. Boşananların arasında maddi durumu səbəb göstərənlər də var. Belə 302 ailəyə son qoyulub. Daha 224 ailə isə xəstəliklər üzündən dağılıb.

Boşanmaların daha çox 25-35 yaş arası insanlar arasında olduğu bildirilir.

XS
SM
MD
LG