Keçid linkləri

2017, 21 Yanvar, şənbə, Bakı vaxtı 17:50

Rusiya Suriyadan çıxmağa başladı


Hərbçilər qayıdır, 15 mart, 2016-cı il

Hərbçilər qayıdır, 15 mart, 2016-cı il

-

Rusiya Suriyadan hərbi qüvvələrini çıxarmağa başlayıb. Bu barədə Prezident Vladimir Putin göstəriş vermişdi.

Rusiya mediası Su-34 təyyarələrinin ilk qrupunun martın 15-də Voronejdəki hava bazasına qayıtdığını göstərib. Onları Hava Qüvvələrinin komandiri General Bondaryov qarşılayıb.

Daha öncə Rusiya dövlət televiziyası üç Su-34-ün Suriyadakı hava bazasından qalxdığını göstərmişdi.

Müdafiə nazirinin müavini Nikolai Pankov pilotları yolasalma mərasimində deyib ki, Suriyada qalan Rusiya qüvvələri “hələ də terrorçu hədəfləri vurmaq tapşırığını yerinə yetirirlər”. Bu qruplaşmalara İslam Dövləti (İD) və Al-Qaeda-nın Al-Nusra Cəbhəsi daxildir.

XS
SM
MD
LG