Keçid linkləri

2026, 16 İyun, çərşənbə axşamı, Bakı vaxtı 23:21

A.Rasizadə nailiyyətlərdən danışıb

Artur Rasizadə
Artur Rasizadə

-

«Dünyada neftin qiymətinin kəskin düşməsi, dövlətlərarası geosiyasi qarşıdurmalar yeni iqtisadi durum yaradıb».

APA-nın xəbərinə görə, bunu Milli Məclisdə baş nazir Artur Rasizadə hökumətin hesabatını verərkən deyib.

Baş nazir bildirib ki, belə bir vaxtda ölkədə iqtisadi artımın təmin edilməsi o qədər də asan deyil:

«Ötən il əldə olunan nailiyyətlər əvvəlki illərdə əsası qoyulmuş iqtisadi potensialın və prezident İlham Əliyevin düşünülmüş, ardıcıl siyasətinin nəticəsidir. Belə qlobal iqtisadi proseslər zamanı dövlət qurumlarının yeganə məqsədi mövcud sabitliyin qorunması, xalqın rifahının yaxşılaşdırılması və ərazi bütövlüyünün təmin edilməsi olmalıdır. Ötən il görülmüş işlər də bu məqsədlərə xidmət edib».

This item is part of
XS
SM
MD
LG