Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:27

Bakıda sulu qar gözlənilir


Yağış
Yağış

-

Martın 16-da Bakı və Abşeron yarımadasında yağış və sulu qar gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, Abşeronda gecə 3-5, gündüz 5-7 dərəcə isti olacaq. Bakıda gecə 3-5, gündüz 5-7 dərəcə isti gözlənilir.

Sabah ölkənin rayonlarında da yağış, sulu qar yağacaq. Dağlıq və dağətəyi rayonlarda isə qarın intensiv yağacağı bildirilir.

Gecə 1-5, gündüz 6-11 dərəcə isti olacaq. Dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti gözlənilir.

XS
SM
MD
LG