-
Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatı müzakirəyə çıxarılıb.
«Report»un xəbərinə görə, parlament sədri Oqtay Əsədov bildirib ki, hökumətin hesabatı kitab şəklində çap olunaraq deputatlara paylanılıb. Parlament sədri deyib ki, dövlətin sosial-iqtisadi sahədə nailiyyətləri Nazirlər Kabinetinin parlamentə təqdim etdiyi hesabatda ətraflı təhlil olunub.
Sonra baş naziri Artur Rasizadə hesabatı təqdim etməyə başlayıb.