Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:38

Bakıda «İlaxır çərşənbə»


Bakıda Novruz şənliyi - 2014
Bakıda Novruz şənliyi - 2014

-

Bakı Şəhər İcra Hakimiyyəti «İlaxır çərşənbə» günü münasibətilə təntənəli bayram keçirir.

Novruz personajları – Bahar qızı, Kosa, Keçəl, musiqi qrupları dəvələr və faytonların müşayiəti ilə böyük karvan halında Suraxanı Atəşgahına yola düşüb.

«Report»un xəbərinə görə, Bakı Şəhər İcra Hakimiyyətindən hərəkətə başlayıb Atəşgahdan od götürən bayram karvanı geriyə qayıdıb, Şəhər Mərkəzi Parkında bayram tonqalı yandırmalıdır. Saat 19.00-da isə bayram konserti və atəşfəşanlıq olacaq.

Bu il Azərbaycana bahar martın 20-də, Bakı vaxtı ilə saat 08.30 radələrində gələcək.

XS
SM
MD
LG