Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:06

Əliyevlə Erdoğan təkbətək görüşəcək


R.T.Erdoğan və İlham Əliyev
R.T.Erdoğan və İlham Əliyev

-

Prezident İlham Əliyevin Türkiyəyə səfərinin proqramı açıqlanıb

Açıqlamanı Türkiyə prezidentinin rəsmi saytı yayıb.

Orada qeyd edilir ki. rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü keçirəcək. Daha sonra Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası başlayacaq.

Toplantıdan sonra tərəflər arasında sənədlərin imzalanma mərasimi və dövlət başçılarının birgə mətbuat konfransının keçiriləcəyi də gözlənilir.

Türkiyə prezidenti martın 15-də Azərbaycana gəlməli idi.

Ancaq martın 13-də Türkiyənin paytaxtı Ankarada törədilən terrora görə o, səfərini təxirə salıb.

Bundan sonra isə Azərbaycan prezidentinin Türkiyəyə gedəcəyi bildirildi.

Türkiyə prezidenti buna qədər yenə terror olayı üzündən Azərbaycana bir dəfə də gəlişini təxirə salmışdı. R.T.Erdoğan onda da Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak etmək üçün fevralın 18-də Bakıya gəlməli idi. Lakin fevralın 17-də Türkiyədə baş verən terror üzündən bu səfəri də ertələmişdi.

XS
SM
MD
LG