Keçid linkləri

Təcili xəbərlər
2021, 25 Fevral, Cümə axşamı, Bakı vaxtı 00:59

Rusiya İrana qarşı sanksiyaya veto qoyacaq


Vitaly Churkin

“Rusiya BMT-nin təhlükəsizlik şurasında ballistik raketlərin sınağına görə İrana qarşı mümkün sanksiyalara qarşı çıxacaq”.

Bunu martın 14-də Rusiyanın təşkilatdakı daimi elçisi Vitaly Churkin deyib.

O bildirib ki, İranın ballistik raketlərin sınağını keçirməsi BMT qətnamələrinə zidd deyil.

Qeyd edək ki, bu qətnamə İranı nüvə başlığı daşıya bilən ballistik raket istehsalından çəkinməyə çağırır.

Tehran isə ötən həfət keçirilən bu sınaqların ölkənin raket proqramının inkişafına yönəldiyini bəyan edib.

Avropa Birliyinin xarici işlər nazirləri buna görə İrana qarşı mümkün sanksiyaları nəzərdən keçirirlər.

ABŞ ötən ilin sonlarında keçirdiyi raket sınaqlarına görə İrana qarşı yeni sanksiyalar tətbiq edib.

XS
SM
MD
LG