Keçid linkləri

Təcili xəbərlər
2021, 08 May, şənbə, Bakı vaxtı 14:24

Türkiyə təyyarələri PKK-nı bombalayıb


Foto arxiv

Türkiyə təyyarələri Ankarada törədilən terror aktından sonra İraqın şimalındakı kürd yaraqlılarının mövqelərinə zərbələr endirib.

Türkiyə ordusunun martın 14-də yaydığı məlumata görə zərbələr PKK-nın Kandil və Gara regionlarındakı silah anbarları və sığınacaqlarına endirilib.

Avropa Birliyi liderləri Ankarada törədilən terror qurbanlarına görə Türkiyəyə başsağlığı verir.

Birliyin xarici siyasət məsələləri üzrə rəsmisi Federica Mogherini bu terror aktını kəskin pisləyib və Türkiyə hökumətinə başsağlığı verib.

Martın 13-də törədilən partlayışda azı 34 nəfər ölüb, 125 nəfər yaralanıb.

Türkiyə hakimiyyəti partlayışı törədənlərdən birinin Qarsdan və PKK üzvü olan 24 yaşlı qız olduğunu bəyan edib.

XS
SM
MD
LG