Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:52

Çin Azərbaycandan məmnundur


Wang Yi
Wang Yi

-

«Çin Azərbaycanı Şanxay Əməkdaşlıq Təşkilatı ailəsində görməkdən məmnundur».

Çin Xalq Respublikasının xarici işlər naziri Wang Yi azərbaycanlı həmkarı Elmar Məmmədyarova belə deyib. Wang Yi ölkəsinin bütün sahələrdə Azərbaycanla əməkdaşlığın daha da inkişaf etdirilməsinə hazır olduğunu deyib.

Bu haqda Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti xəbər yayıb.

Xəbərdə bildirilir ki, xarici işlər nazirlərinin görüşündə ölkələrarası əlaqələrin inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparılıb.

«Azərbaycan Çinin təşəbbüskarı olduğu İpək Yolu İqtisadi Kəməri layihəsini dəstəkləyir», - deyən E.Məmmədyarov sınaq məqsədilə Çindən olan konteyner qatarlarının uğurla son məntəqəyə çatdığını yada salıb. O, Bakı-Tbilisi-Qars dəmiryol xəttinin tezliklə işə düşməsi ilə bu imkanların daha da artacağını bildirib.

Azərbaycanın xarici işlər naziri E.Məmmədyarov martın 13-də Çinə gedib. Bu səfər çərçivəsində Azərbaycana Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Dialoq üzrə Tərəfdaşı statusunun verilməsinə dair memorandum imzalanıb.

XS
SM
MD
LG