Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:20

SOCAR yeni özülü istismara verib


SOCAR
SOCAR

-

Martın 14-də SOCAR-ın «Günəşli» yatağında yeni inşa edilən 7 nömrəli dərin dəniz özülü istismara verilib.

AZƏRTAC xəbər verir ki, SOCAR prezidenti Rövnəq Abdullayev özülə baxış keçirib.

Özülün layihəsini «Neftqazelmitədqiqatlayihə» institutu verib. Tikintisini isə «Neftqaztikinti» tresti həyata keçirib.

20 istismar quyusunun qazılması üçün nəzərdə tutulan özül «Günəşli» yatağının şərqindəki tağyanı sahədə yerləşir. Dənizin 148 metr dərinliyində quraşdırılıb.
Özül iki hissədən – dayaq blokundan və üst tikililərdən ibarətdir. Hasil ediləcək karbohidrogenlərin ilkin nəqli məqsədilə oradan 8 saylı özülə qədər sualtı neft və qaz kəmərləri çəkilib.

Neft quyularının hər birindən sutkada 100 ton neft və 15 min kubmetr səmt qazı hasil ediləcək.

Qaz quyularının hər birindən isə sutkada 150 min kubmetr təbii qaz və 15 ton kondensat çıxarılacaq.

XS
SM
MD
LG