Keçid linkləri

2026, 26 May, çərşənbə axşamı, Bakı vaxtı 07:01
Rostovda qəzaya uğrayan təyyarənin qalıqları. 19 mart 2016
Rostovda qəzaya uğrayan təyyarənin qalıqları. 19 mart 2016

Dubay-Rostov təyyarəsi qəzaya düşdü

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin

16:56 16.3.2016

İbrahim Ləmbəranski prokuror oldu

APA-nın məlumatına görə, Baş Prokuror Zakir Qaralovun imzaladığı əmrlərlə Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi İbrahim Ləmbəranski tutduğu vəzifədən azad edilib və Pirallahı rayon prokuroru vəzifəsinə təyin edilib. Ləmbəranskinin adı “Quba hadisələri”, “NİDA”çıların işi, Leyla Yunus, Rauf Mirqədirovun işində tez-tez hallanırdı.​

15:48 16.3.2016

Büdcəni qırağa xərcləyənlər həbs oluna bilər

Bundan sonra büdcə, digər dövlət vəsaitlərini təyinatdan kənar istifadə edənlər həbs oluna bilər.

Parlament Cinayət Məcəlləsinə bununla bağlı dəyişiklikləri müzakirəyə çıxarır.

14:52 16.3.2016

Suriya kürdləri öz Federasiyasını yaradır

Martın 16-da Suriya kürdləri Şimali Suriya Federasiyasını elan edəcəklər. Bunu Kobani regionunda kürd rəsmiləri Reutersə deyiblər.

14:30 16.3.2016

Türkiyədə 3 akademiki tutublar

Türkiyədə 3 akademik “terror təbliğatı”nda ittiham olunaraq saxlanıb. Yanvarda 2 mindən artıq akademik ölkənin cənub-şərqində hərbi əməliyyatları, fövqəladə vəziyyət elan olunmasını pisləyən müraciət imzalamışdı.

Davamı

XS
SM
MD
LG