Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:32

Türkiyədə yazıçılar və oxucular nəşriyyata hücum ediblər


Virginia Woolf
Virginia Woolf

-

Türkiyənin "İthaki" nəşriyyatı Virginia Woolf'un "Özünə məxsus bir otaq" kitabını loru və cinsiyyətçi önsözlə buraxıb:

"Virginia Woolf: Küçük yaşta yazarlığa, 59 yaşında mezarlığa adım attı. Dalgalarla sörf yapıp nehir bile denemeyecek bir kaşık suda boğuldu. Bilinç akışı mı nehrin akışı mı? Odalarda ışıksızdı. Paranoyaklığı zaten Shakespeare’in olmayan kız kardeşi üzerine saatlerce konuşmasından belliydi. Geri gelir mi? Gelirse gelsin, kim korkar bakire kurttan? Bkz. Nicole Kidman.”

Bundan sonra yazıçılar və oxucular sosial şəbəkələrdə nəşriyyata etiraz müzakirələrinə başlayıblar. Nəşriyyat üzr istəyib, sadəcə kitabların bioqrafiya hissələrini "daha rəngli" hazırlamaq istədiklərini deyib.

Amma etirazçılar üzrlə qane olmayıblar. Onlar nəşriyyatın ofisinə gediblər, qapısına qan rəngli boya atıblar, "Virginia oyandı" yazıblar. Bundan başqa, etirazçılar nəşriyyatın giriş qapısına boyayla çarpaz xətli "Bağlıdır" işarəsi çəkiblər.

Nəşriyyat klassiklər seriyasından çıxardığı başqa kitablarda da yazıçını və yazıçının fikirlərini alçaldan önsözlərdən istifadə edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG