Keçid linkləri

2026, 22 İyul, çərşənbə, Bakı vaxtı 02:53

Əliyev ABŞ Yəhudi Komitəsi rəsmisini qəbul edib

Martın 13-də prezident İlham Əliyev Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harrisi qəbul edib.

Azərtac-ın xəbərinə görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, Azərbaycanda müxtəlif dini icmaların birgə yaşayışı və digər məsələlər müzakirə edilib.

D. Harris Azərbaycanın ABŞ üçün əhəmiyyətli ölkə olduğunu bildirib. O, həmçinin deyib ki, təmsil etdiyi təşkilat Azərbaycanla ABŞ arasında əlaqələrin dərinləşdirilməsi üçün səylərini əsirgəməyəcək.

This item is part of
XS
SM
MD
LG