Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:45

Azərbaycanlı hərbçilər NATO tədbirində


Müdafiə Nazirliyinin hərbi təlimləri
Müdafiə Nazirliyinin hərbi təlimləri

Martın 13-də Gürcüstanın paytaxtı Tbilisidə “NATO-da hərbi tərəfdaşlığın koordinasiyası” üzrə növbəti işçi görüş başlayıb.
Görüşə Azərbaycan hərbiçiləri də qatılıb.

Müdafiə Nazirliyinin məlumatına görə, işçi görüş martın 19-dək davam edəcək.

2002-ci ildə NATO-nun Praqa sammitində tərəfdaş ölkələrlə əməkdaşlığı genişləndirmək məqsədilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (FTƏP) qəbul edilib. 2003-ci ilin mayında Azərbaycan FTƏP-ə qoşulmaq üçün rəsmi müraciət edib.
Hazırda Azərbaycan bu alyans ilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı üzrə əməkdaşlıq edir.

XS
SM
MD
LG