-
Nərimanov Məhkəməsi Nardaran hadisələrinə görə Lənkəranda tutulan Elman Ağayevi ev dustaqlığına buraxmayıb. Qərardan narazı qalan E.Ağayev apellyasiya şikayəti verib.
«Report»un xəbərinə görə, E.Agayevin şikayətinə martın 14-də Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
Elman Ağayev 2015-ci ilin noyabrında Lənkəran şəhərində Nardaran hadisələri ilə bağlı saxlanılıb.
Nardaran hadisələri zamanı 2-si polis olmaqla 7 nəfər həlak olmuşdu. «Müsəlman Birliyi» Hərəkatının rəhbəri Taleh Bağırzadə və onun tərəfdarları həbs edilmişdi. Prokurorluğun bildirməsinə görə, bu hərəkatla əlaqədar ümumilikdə 68 nəfər həbsdədir. Onlara qarşı Cinayət Məcəlləsində terrorçuluq və daha bir neçə ağır maddə üzrə ittiham irəli sürülüb. Həbs edilənlərdən bəziləri müxtəlif rayonlardandır.