Keçid linkləri

2017, 19 Fevral, bazar, Bakı vaxtı 18:33

-

Mərkəzi Bank lisenziyası ləğv edilmiş «Gəncəbank»ı məhkəməyə verib.

O, məhkəmə qarşısında «Gəncəbank»ın müflis elan olunması, ləğvedicinin təyin edilməsi, ləğvediciyə aylıq 15 min manat əməkhaqqı ödənilməsi barədə tələb irəli sürüb.

«Report»un xəbərinə görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi vəsatəti təmin etməyib. Mərkəzi Bankın şikayətinə Bakı Apellyasiya Məhkəməsi baxacaq.

Mərkəzi Bank yanvarda «Gəncəbank»ın lisenziyasını ləğv etmişdi. Qərar bankın kreditorlar qarşısında öhdəliklərini yerinə yetirməməsi, cari fəaliyyətin etibarlı idarə olunmaması ilə əsaslandırılmışdı.

Mərkəzi Bank 7 bankın lisenziyasını ləğv edib. Sonradan onların birinin- «NBC Bank»ın lisenziyası bərpa edildi.

Günün bütün mövzuları

XS
SM
MD
LG