Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:39

Nardaranda tutulanın şikayətinə baxılacaq


Foto illüstrasiya
Foto illüstrasiya

-

Nardaran hadisələrinə görə saxlanılan Nahid Qəhrəmanovun həbsinin uzadılması ilə bağlı qərardan apellyasiya şikayəti verilib.

«Report»un xəbərinə görə, şikayətə martın 14-də hakim Qədim Babayevin sədrliyi ilə baxılacaq.

Nəsimi Rayon Məhkəməsində N.Qəhrəmanovun həbs müddəti üç ay uzadılmışdı.

N.Qəhrəmanov 2015-ci ilin noyabrında Nardaranda polis əməliyyatı zamanı tutulanlardandır. Həmin hadisə zamanı 2-si polis olmaqla 7 nəfər həlak olmuşdu. «Müsəlman Birliyi» Hərəkatının rəhbəri Taleh Bağırzadə və onun tərəfdarları həbs edilmişdi. Prokurorluğun bildirməsinə görə, bu hərəkatla bağlı ümumilikdə 68 nəfər həbs edilib. Onlara qarşı Cinayət Məcəlləsində terrorçuluq və daha bir neçə ağır maddə üzrə ittiham irəli sürülüb. «Müsəlman Birliyi» Hərəkatı qeydiyyata alınmayıb.

XS
SM
MD
LG