Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:51

Akif Çovdarovun şikayətinə baxılacaq


Akif Çovdarov
Akif Çovdarov

-

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq idarə rəisi Akif Çovdarovun martın 14-də məhkəməsi olacaq.

«Trend»in xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsi A.Çovdarovun həbs müddətinin artırılması ilə bağlı qərardan verilən şikayətə baxacaq. Şikayətə hakim Vüqar Məmmədovun sədrliyi ilə baxılacaq.

Ləğv edilən MTN-in energetika və nəqliyyat sahələrində təhlükəsizlik baş idarəsinin sabiq rəisi ötən ilin noyabrında 3 aylıq həbs olunmuşdu. Sonradan Səbail Məhkəməsi həbs müddətini daha 3 ay artırıb.

A.Çovdarova qarşı Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311 (rüşvət), 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə iş açılıb.

«MTN işi» ilə bağlı 2015-ci ilin oktyabrında açılan cinayət işi üzrə 65 nəfər zərərçəkən qismində tanınıb. 20 nəfər isə həbs olunub.

Milli Təhlükəsizlik Nazirliyi ötən ilin dekabrında prezidentin sərəncamı ilə ləğv edilib. Bu qurumun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

XS
SM
MD
LG