-
Bakıda Azərbaycan, Rusiya və İranın sərhəd xidmətlərinin üçtərəfli görüşü olub.
Müzakirələr Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, Rusiya Sərhəd Xidmətinin rəhbəri Vladimir Kulishov və İranın Sərhəd Qoşunlarının komandanı Qasem Rezaee-nin iştirakı ilə aparılıb.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi bildirilir ki, Xəzər dənizindəki vəziyyət və sərhəd təhlükəsizliyinin təmin olunması nəzərdən keçirilib. Tərəflər həmçinin, qaçaqmalçılıq, qeyri-leqal miqrasiya, narkotiklərin qeyri-qanuni dövriyyəsi, qanunsuz balıq ovu ilə mübarizə ətrafında da fikir mübadiləsi aparıblar.
Xəzərdə sərhəd təhlükəsizliyinin təmin olunması məqsədilə birgə təlimlər və razılaşdırılmış əməliyyat-profilaktik tədbirlərin keçirilməsinin vacibliyi qeyd olunub.
Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi layihəsinin icrası üç ölkənin sərhəd xidməti rəhbərlərinin diqqət mərkəzində olub.