Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:14

Çin və Rusiya ABŞ-ın planlarından narahatdır


Wang Yi və Sergei Lavrov
Wang Yi və Sergei Lavrov

-

Çin və Rusiya ABŞ-ın Cənubi Koreyada müasir raketdən müdafiə sistemi qurmaq planına qarşı çıxıb.

Şimali Koreyanın nüvə təhdidlərindən dolayı gərginliyin artması ilə bağlı Vaşinqton və Seul ötən həftə yeni müdafiə sisteminin quraşdırılması barədə danışıqlara başlamışdılar.

Çinin xarici işlər naziri Wang Yi rusiyalı həmkarı Sergei Lavrov-la görüşdən sonra deyib ki, Cənubi Koreyada sözügedən sistemin yerləşdirilməsi Çin və Rusiyanın strateji təhlükəsizlik maraqlarına xələl gətirər və yeni silahlanma yarışına təkan verər.

ABŞ Dövlət Departamentinin sözçüsü John Kirby isə deyib ki, rusların və çinlilərin narahat olmasına heç bir səbəb yoxdur. Çünki bu sistem tamamilə müdafiə xarakterlidir.

XS
SM
MD
LG