-
Ötən il Azərbaycanda qeyri-müsəlman dini qurumlara ümumilikdə 400 min manat vəsait ayrılıb.
«Trend»in xəbərinə görə, bu barədə «Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabat»ında bildirilir.
Hesabatda deyilir ki, il ərzində 87 dini icmaya maliyyə ayrılıb. Onların 68-i müsəlman, 19 qeyri-müsəlman dini icmalardır.
Ötən il 2740 adda dini məzmunlu ədəbiyyat ekspertiza edilib.
372 dini kitabın ölkəyə daxil olması qadağan edilib. 5 dini ədəbiyyatın nəşrinə isə icazə verilməyib.
Hesabat dövründə dini qurumların dövlət qeydiyyatına alınması prosesi davam edib, onların sayı 644-ə çatıb. İndiyədək dövlət qeydiyyatından keçmiş qurumlardan 620-si islam, 24 isə qeyri-islam təmayüllüdür.
Ölkədə dini icmaların təkrar qeydə alınması 1999-cu ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yarandıqdan sonra başlayıb.