Keçid linkləri

2017, 27 May, şənbə, Bakı vaxtı 19:58

Rusiya ilə Çin Pxenyanı dialoqa çağırıblar


Sergei Lavrov və Wang Yi

Rusiya ilə Çin Şimali Koreyanı ballistik raketlərin sınağını dayandırtmağa və nüvə proqramı ilə bağlı danışıqlar masasına dönməyə çağırıblar.

Rusiyanın xarici işlər naziri Sergei Lavrov və onun çinli həmkarı Wang Yi belə bir bəyanatla martın 11-də Moskvada keçirdikləri görüşdən sonra çıxış ediblər.

Qeyd edək ki, Şimali Koreya BMT-nin çağırışlarına məhəl qoymayaraq bu günlərdə yenidən iki ballistik raketin sınağını keçirib.

Lavrov bildirib ki, Moskva Pxenyanın bu addımı məsuliyyətsizlik hesab edir.

Hazırda xeyli qısa mənzilli raketləri olan Pxenyan uzaq və qitələrarası raketlər üzərində işləyir.

Çinin xarici işlər naziri Wang Yi bildirib ki, Şimali Koreya nüvə sınaqlarının qadağan edilməsi ilə bağlı BMT qətnamələrinin hər bir bəndinə əməl etməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG