Keçid linkləri

Təcili xəbərlər
2021, 25 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 22:14

Prezidentin köməkçisi manatdan danışdı


Natiq Əmirov

-

«Üzən məzənnənin məqsədi odur ki, manat öz yerini tapa bilsin».

APA xəbər verir ki, bunu prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov deyib. O qeyd edib ki, manatın məzənnəsinə təsir edən əsas faktor idxalın səviyyəsidir.

«İdxalın səviyyəsi artdıqca, manatın məzənnəsi zəifləyir, idxal azaldıqca manatın dəyəri artır. Üzən məzənnənin məqsədi odur ki, manat öz yerini tapa bilsin. Hal-hazırda Mərkəzi Bank manatın məzənnəsinə təcili müdaxilə etmir. Manatın məzənnəsi ilə bağlı hər hansı «qırmızı xətt» yoxdur və ola bilməz. Məzənnəni bazar müəyyənləşdirir. Təbii ki, iqtisadiyyata zərər verə biləcək bir hədd var. O hədd bizim üçün «qırmızı xətt»dir. Bu cür hallarda Mərkəzi Bank öz müdaxiləsini edir», - deyə N.Əmirov bildirib.

XS
SM
MD
LG