-
Martın 11-də Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) hesabat-seçki konfransında qurumun prezidenti seçilib. «Report»un məlumatına görə, açıq səsvermə yolu ilə hazırkı prezident Rövnəq Abdullayev yenidən bu quruma rəhbər seçilib. O, növbəti 4 ildə də Assosiasiyaya rəhbərlik edəcək.
R.Abdullayev prezident postuna yeganə namizəd olub. O, ona etimad göstərənlərə minnətdarlığını bildirib: «Çalışacağam ki, bu etimadı doğruldum. Azərbaycanlı futbolsevərlərin istədiyi şəkildə futbolu inkişaf etdirməyə çalışacağıq. Əsas məqsədimiz AVRO-2020-də Azərbaycan millisinin iştirakını təmin etməkdir».
Rövnəq Abdullayev 2008-ci ildən AFFA-nın prezidenti vəzifəsində çalışır. Hər dörd ildən bir AFFA prezidentliyinə seçkilər keçirilir.
Rövnəq Abdullayev SOCAR-a da rəhbərlik edir.