Keçid linkləri

2026, 18 İyul, şənbə, Bakı vaxtı 07:35

Dəm qazı daha bir can aldı

Qaz
Qaz

-

Bakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub.

APA Binəqədi rayon Polis İdarəsinə istinadən hadisənin Rəsulzadə qəsəbəsində qeydə alındığını bildirir.

Qəsəbə sakini, 34 yaşlı Nuranə Bayramova yaşadığı evdə dəm qazından boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır.

Mətbuatda yazılanlara görə, təkcə son 10 gündə Azərbaycanda dəm qazından 5 nəfər ölüb. Ötən ay isə dəm qazından 10-dan çox adamın öldüyü bildirilirdi.

This item is part of
XS
SM
MD
LG