Keçid linkləri

2026, 27 İyul, bazar ertəsi, Bakı vaxtı 10:11

Prezidentdən 140 məhbusun əfvi istənilib

İlham Əliyev
İlham Əliyev

-

Əfv Məsələləri Komissiyasının qəbul etdiyi tövsiyə xarakterli qərarlar dövlət başçısı İlham Əliyevə göndərilib.

«Report» bu xəbəri Əfv Komissiyasına istinadən yayıb.

«Bütövlükdə, Əfv Məsələləri Komissiyasının iclaslarında 400 müraciətə baxılıb. Tövsiyə xarakterli qərarlar siyahısı prezidentinə təqdim olunub. Dövlət başçısına təqdim edilən siyahıda 140 nəfərə yaxın məhbusun adı var», -deyə Komissiyadan bildiriblər.

Novruz bayramı ərəfəsində Prezident İlham Əliyevin növbəti əfv fərmanı imzalayacağı gözlənilir.

Komissiya yeni tərkibdə ilk iclasını martın 1-də keçirib. Daha sonra komissiya üzvləri bir neçə dəfə toplaşaraq prezidentə əfv üçün göndəriləcək siyahını dəqiqləşdiriblər.

This item is part of
XS
SM
MD
LG