Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:45

Komitədəki rüşvət qalmaqalı rəsmiləşir


Korrupsiya
Korrupsiya

-

Bakı şəhər sakini Eynur Kərimova qarşı 170 min dollarlıq dələduzluq edilməsi ilə bağlı Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi açılıb. Söhbət Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sabiq aparat rəhbərinə qarşı qaldırılan cinayət işindən gedir.

«Report»un xəbərinə görə, məsələ Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə araşdırılır.

Vəkil Kamandar Nəsibov bildirib ki, hazırda işdə adı keçən şəxslərin dindirilməsinə başlanılıb, yaxın günlərdə üzləşmə də olacaq.

Sözügedən işdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sabiq aparat rəhbəri Səfər İmanov ittiham olunur. Eynur Kərimov S.İmanovun icra başçısının müavini vəzifəsinə düzəltmək adı ilə ondan 170 min ABŞ dollar aldığını iddia edir. S.İmanovun mülklərini satıb Bakı-İstanbul reysi ilə ölkəni tərk etdiyi bildirilir. E.Kərimovun vəkili mətbuata açıqlamasında rüşvət qalmaqalında komitə sədri H.Hüseynovanın adını da hallandırmışdı.

Ancaq komitə rəhbəri bu məsələ ilə bağlı verdiyi müsahibələrdə adının hallandırılmasını şər-böhtan adlandırmışdı.

Dələduzluqda ittiham olunan S.İmanov, onun yaxınları isə qalmaqalla bağlı heç bir açıqlama verməyiblər.

XS
SM
MD
LG