Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:36

Qusar «Azərbaycanın Folklor Paytaxtı» oldu


Qusar «Azərbaycanın Folklor Paytaxtı» oldu
Qusar «Azərbaycanın Folklor Paytaxtı» oldu

-
Qusar şəhəri 2016-cı il üçün «Azərbaycanın Folklor Paytaxtı» seçilib.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, bu münasibətlə martın 11-də Muzey Mərkəzində təqdimat mərasimi keçiriləcək.

Qusar rayonunda il ərzində nominasiyalara uyğun olaraq təntənəli mərasimlərin, respublika və beynəlxalq səviyyəli elmi-praktiki konfrans, «dəyirmi masa», konsert, müsabiqə, festival, sərgi, yarmarka, infotur və sair tədbirlərin təşkili nəzərdə tutulub.

Azərbaycanın qeyri-maddi mədəni irsinin bərpası, qorunması, hərtərəfli inkişafı, təbliği və təşviqi məqsədilə 2010-cu ildən nazirlikdə «Xalq Yaradıcılığı Paytaxtları» Proqramı təsdiq olunub.

Bu illər ərzində Gəncə, Şabran, Gədəbəy, Xaçmaz, Qəbələ «Azərbaycanın Əfsanələr Paytaxtı2, Lənkəran, Qazax, Masallı, Zaqatala, Balakən «Azərbaycanın Folklor Paytaxtı», Şəki, İsmayıllı, Quba, Göygöl, Abşeron «Azərbaycanın Sənətkarlıq Paytaxtı», Şamaxı «Azərbaycanın Ədəbiyyat Paytaxtı» və Qax «Azərbaycanın Milli Mətbəx Paytaxtı» elan olunub.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG